ABŞ qüvvələri tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin ölümünün 2-ci ildönümü Tehranda təşkil edilən mərasimlə anılıb.
"Unikal" xəbər verir ki, Süleymaninin anım mərasimində diqqət çəkan məqamlardan biri də onun qızı olub.
Belə ki, generalın qızı Zeynep Süleymani mərasimdən foto yayımlayıb. Fotoda Zeynəbin iPhone 13 Pro Max istifadə etdiyi görüntülənib. Bundan sonra o, iranlıların tənqid obyektinə çevrilib.
Sosial media istifadəçiləri “ABŞ-ı məhv edəcəyinə söz verən Qasım Süleymaninin qızı Zeynep Süleymaninin Amerika istehsalı olan iPhone ilə ona meydan oxuması böyük ironiyadır” , - deyə ifadələr işlədib.
Bildirək ki, Zeynəb Süleymani atası öldürüldükdən sonra "ABŞ-ı məhv edəcəyinə söz verib".
Gülayə Mecid