Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 567 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.
"Unikal"ın xəbərinə görə, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 949 609, ölənlərin sayı isə 14 082 nəfərə çatıb.
Virusa yoluxanlardan 908 813 nəfərin sağaldığı bildirilib.