ABŞ-da 2020-ci il prezident seçkilərində Co Bayden qalib gəldikdən sonra seçkinin nəticələrini qəbul etməyən Tramp tərəfdarları yanvarın 6-da Konqresin binasına basqın ediblər. Bəs ölkə tarixinə damğasını vuran basqında nə baş verdi?
"Unikal" həmin təfərrüatları sizə təqdim edir:
3 Noyabr 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratların namizədi Co Bayden Respublikaçı Donald Trampla yarışıb. Bayden 270 nümayəndə ilə seçkidə qalib gəlib, lakin Tramp nəticəni qəbul etməyib.
Donald Tramp tərəfdarlarını Vaşinqtona “Amerikanı xilas et” mitinqinə çağırdı
Belə ki, 2021-ci ilin yanvarın 6-da ABŞ Konqresi Prezident Seçki Kollegiyasının Səsverməsini təsdiqləmək üçün birgə iclasda toplanarkən, Tramp Ağ Ev qarşısında keçirilən mitinqdə tərəfdarlarına ölkələrini müdafiə etməyə çağırıb.
Tramp tərəfdarları qarşısında çıxışında seçkilərdə əsl qalibin özünün olduğunu müdafiə edərək, “Mən heç vaxt məğlubiyyəti etiraf etməyəcəyəm, təslim olmayacağam” deyib . "Sizlərdən kimsə Co Baydenin həqiqətən 80 milyon səs aldığına inanırmı? Bunlar kompüterdə yaradılan 80 milyon səsdir" , - deyən Tramp bu sözlərlə gərginliyi artırıb.
Vaşinqton polisi nümayişçilərin sayının artması ilə əlaqədar Konqres binasındakıların təxliyyə edilməsini tələb edib. Qurultayda təsdiq sessiyası dayandırılıb. Binada olan jurnalistlərə təhlükəsizlik baxımından mətbuat ofisində qalmaları barədə xəbərdarlıq edilərkən, binanın qapıları da bağlı olub.
Nümayişçilər Konqresə daxil olublar
Mitinqə qatılan nümayişçilər Konqresə doğru yürüş edərək binaya girməyə cəhd ediblər. Gözyaşardıcı qazdan istifadə edən polislə nümayişçilər arasında dava düşüb. Xaosda yüzlərlə nümayişçi barrikadaları aşaraq Konqresin binasına daxil olub və Senata basqın edib. Həmin anda Konqres binasından təxliyə əməliyyatları başlayıb. Çoxlu sayda senator və əməkdaş təhlükəsizlik qüvvələrinin müşayiəti ilə binadan təxliyə edilib.
Tramp hadisələrin qaynağını alovlandırdı
Yanvarın 6-da ABŞ Konqresi Prezident Seçki Kollegiyasının Səsverməsini təsdiqləmək üçün birgə iclasda toplanarkən, ABŞ Prezidenti Donald Tramp Ağ Ev qarşısında keçirilən mitinqdə tərəfdarlarına ölkələrini müdafiə etməyə çağırıb.
Tramp tərəfdarları qarşısında çıxışında seçkilərdə əsl qalibin özünün olduğunu müdafiə edərək, “Mən heç vaxt məğlubiyyəti etiraf etməyəcəyəm, təslim olmayacağam” deyib . "Sizlərdən kimsə Co Baydenin həqiqətən 80 milyon səs aldığına inanırmı? Bunlar kompüterdə yaradılan 80 milyon səsdir" deyən Tramp bu sözlərlə gərginliyi artırıb.
Bundan sonra Vaşinqton polisi nümayişçilərin sayının artması ilə əlaqədar Konqres binasındakıların təxliyyə edilməsini tələb edib. Qurultayda təsdiq sessiyası dayandırılıb. Binada olan jurnalistlərə təhlükəsizlik baxımından mətbuat ofisində qalmaları barədə xəbərdarlıq edilərkən, binanın qapıları da bağlı olub.
Nümayişçilər Konqresə daxil olublar
Mitinqə qatılan nümayişçilər Konqresə doğru yürüş edərək binaya girməyə cəhd ediblər. Gözyaşardıcı qazdan istifadə edən polislə nümayişçilər arasında dava düşüb. Xaosda yüzlərlə nümayişçi barrikadaları aşaraq Konqresin binasına daxil olub və Senata basqın edib.
Komendant saatı elan edildi
Bir çox tanınmış simalar Donald Trampı nümayişçiləri dayandırmağa çağırsa da, Vaşinqton meri Muriel Bouzer yanvarın 6-sı axşam saat 6-dan ertəsi gün səhər saat 6-ya kimi şəhərdə komendant saatı elan edib.
Bununla yanaşı, Tramp nümayişçiləri sakit olmağa və təhlükəsizlik qüvvələrini dəstəkləməyə çağıraraq , "Konqresdəki hər kəsi dinc olmağa çağırıram. Zorakılığa yol verməyin! Unutmayın, biz qanun və qaydanın tərəfiyik", - deyə ifadə edib.
Konqresə silahlardan atəş açılıb
Hadisələr dayanmayanda Milli Qvardiya dəstək üçün Konqres binasına çağırılıb. Federal Mühafizə Xidməti və Məxfi Xidmət rəsmilərindən ibarət dəstək qrupu Kapitol binasına doğru hərəkət edib. Pentaqon 1100-ə yaxın Milli Qvardiyanın səfərbər olunduğunu elan bildirib.
"Mən Trampı bu mühasirəyə son qoymağa çağırıram" - Bayden
ABŞ-ın vitse-prezidenti Mayk Pensin “Parlamentimizə qarşı bu hücuma dözülməz və hadisələrdə iştirak edənlər geniş şəkildə mühakimə olunacaq” ifadəsindən sonra ABŞ prezidentliyinə seçilən Co Bayden “Prezident Tramp TV-də verdiyi tapşırıqları yerinə yetirmək üçün andını, Konstitusiyanı müdafiə və bu mühasirəyə son qoymağa çağırıram" - deyə açıqlama verib.
Prezident Tramp isə öz Tvitter hesabında video mesaj paylaşaraq bir daha tərəfdarlarını təmkinli olmağa çağıraraq, "Ağrınız var, bilirəm. Ancaq indi evə getməlisiniz" - deyə bildirib.
Komendant saatının başlamasına yarım saat qalmış Konqres binasını tərk etməyən nümayişçilərə gözyaşardıcı qaz və səs bombaları ilə hücum edilib. Təhlükəsizlik qüvvələri təxminən 4 saat davam edən işğaldan sonra Konqres binasının təhlükəsiz olduğunu açıqlayıb. Xəbər nümayəndələr tərəfindən alqışlarla qarşılanıb.
ABŞ Konqresində biri polis olmaqla 5 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. Yanvarın 6-da baş verənlərə görə indiyədək 700-dən çox adam ittiham olunsa da, FTB hadisədə daha çox insanın əli olduğunu öyrənmək üçün işlərini davam etdirir.
Gülayə Mecid