Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qazaxıstana sülhməramlı missiya göndərib.
"Unikal" RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə KTMT Baş Katibliyi məlumat yayıb.
Baş Katiblik bildirib ki, göndərilən kontingentin bölmələri artıq Qazaxıstanda öz xidməti vəzifələrini yerinə yetirməyə başlayıb.
“Sülhməramlı kontingentin Rusiyadan olan təmsilçiləri Rusiya Aerokosmik Qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Qazaxıstan Respublikası ərazisinə gətirilib. Missiyanın tərkibindəki bölmələr artıq qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə başlayıb”, - məlumatda qeyd olunub.
Məlumatda o da qeyd olunub ki, KTMT-nin sülhməramlı qüvvələrinin əsas vəzifəsi vacib dövlət və hərbi obyektlərin mühafizəsi, Qazaxıstan Respublikasının asayiş keşikçilərinə vəziyyətin stabilləşməsi və hadisələrin hüquqi müstəviyə qayıtmasında yardım etmək olacaq.