Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada iki çinli iş adamı silahlı şəxslər tərəfindən qaçırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Nigeriya Dövlət Polis İdarəsinin sözçüsü Vasiu Abiodun silahlı şəxslərin su elektrik bəndi obyektinə silahlı hücum təşkil etdiyini açıqlayıb.
Abiodun, hücumda müəssisədə çalışan iki çinli iş adamının qaçırıldığını, iki nigeriyalı işçinin isə güllələndiyini bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.