Parlamentdə yeni sektor yaradılıb.

"Unikal" xəbər verir ki, bu, Milli Məclisdə Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektorudur.

Adıçəkilən sektora Kənan Vaqif oğlu Axundov müdir təyin edilib.

Bundan başqa, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin deputat köməkçiləri ilə iş sektorunun müdiri Elşad İsmayılov vəzifəsindən azad edilib. Onun yerinə Ruslan Cavanşir oğlu Hacıyev təyin olunub.

Anar Kəlbiyev