Qazaxıstanda iğtişaşlar nəticəsində həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 18 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qarşıdurmalar zamanı 353 nəfər yaralanıb.
***
14:32
Xəbər verdiyimiz kimi, Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda 13 hüquq-mühafizə orqanları əməkdaşları ölüb. Onlardan ikisinin isə baş kəsilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər komendantlığı məlumat yayıb.
"13 hüquq-mühafizə orqanı əməkdaşı öldürülüb, ikisinin başı kəsilmiş cəsəd aşkar edilib", - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, Qazaxıstanın bir çox şəhərlərində maye qazın bahalaşması ilə bağlı yanvarın ilk günlərindən irimiqyaslı etiraz aksiyaları keçirilir.