Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Qazaxıstanda baş verən prosesləri şərh edib.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazı dərc edib.
“Qazax xalqının azadlıq mübarizəsini alqışlayıram. Bu, bariz nümunədir ki, rejim nə qədər repressiyalar aparsa da, nə qədər insanı ələ keçirsə də, nə qədər xüsusi dəstələr çıxarsa da, əsas qüvvə azadlıqsevər xalqdır. Ötən ilin sentyabrında Qazaxıstan müxalifətinin böyük bir qrupu mənim yanıma gəldi və mən artıq onlarla söhbətdən anladım ki, vətəndaş cəmiyyəti dəyişikliklərə hazırdır”, - deyə Saakaşvili bildirib.
Keçmiş prezident Nursultan Nazarbayevin “qeyri-rəsmi hakimiyyəti”nə diqqət çəkib.
“Deməliyəm ki, Nazarbayev İvanişvilidən fərqli olaraq Qazaxıstan üçün çox şey edib, lakin bu, ona ölkəni dəbdəbənin kölgəsində özəl və qeyri-rəsmi şəkildə idarə etmək hüququ vermir”, - deyə yazıda qeyd olunub.
Gülayə Mecid