Erməni mədəniyyət xadimi və bəstəkar Vahan Artsruni digər ziyalıları Ermənistan əsgərlərinin Qazaxıstanın daxili problemlərində KTMT-yə qarışmaması təşəbbüsünə qoşulmağa çağırıb.
"Unikal" xəbər verir ki, Artsruninin təşəbbüsünə artıq bir neçə ziyalı qoşulub.
“Mən bir erməni ziyalısı kimi Ermənistanın KTMT-nin hərbi birləşməsinə qarışmasının, Qazaxıstandakı daxili siyasi proseslərə erməni əsgərinin daxil edilməsinin əleyhinəyəm”, - etirazda bildirilib.
Qeyd edək ki, Ermənistan Qazaxıstana 70 nəfər sülhməramlı əsgər göndərir.
Ağarza Elçinoğlu