Belarus prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı etirazçı kütləyə müraciət edib.
"Unikal" xəbər verir ki, müraciətdə o, etirazçıları hərbçilərdən üzr istəməyə və hakimiyyətlə danışıqlara dəvət edib.
"Belarusluların adından bu etirazçılara müraciət etmək istəyirəm. Onlara sadəcə olaraq deyərdim: bir az hay-küy saldınız, qışqırdınız, bəsdir, danışıqlar aparmalısınız. Siz (Qazaxıstan Prezidenti Kasım-Jomart) Tokayevlə razılığa gələ bilərsiniz. Siz gedib diz çökərək çatları yumşaltmaq üçün hərbçilərdən üzr istəməli və Tokayev hakimiyyəti ilə oturub-durmalısınız", - deyə Belarus lideri bildirib.
Ağarza Elçinoğlu