Qazaxıstandakı iğtişaşlar zamanı bir Rusiya vətəndaşı saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə "Xabar 24" Kostanay vilayətinin polis idarəsi rəisinə istinadən məlumat yayıb.
"Ötən gecə bölgədə 245 nəfər saxlanılıb. Sonradan onların 35 nəfəri azad edilib. Bunlar azyaşlılar və qadınlar olub. Saxlanılanlar arasında digər ölkələrin sakinləri, o cümlədən bir rusiya vətəndaşı da var. Əcnəbilərin bölgəyə hansı məqsədlə gəldiyini polis araşdırmalıdır", - deyə məlumatda qeyd olunub.