Britaniya Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya görə Rusiyaya xəbərdarlıq edib.
"Unikal" xəbər verir ki, xəbərdarlıqda Britaniya Rusiyanın Ukraynanı işğal etməsi halında, özünün Qərbdəki tərəfdaşları ilə Rusiyanın maliyyə sektorunu hədəf alan yüksək təsirli sanksiyalar tətbiq edəcəyini bildirilib.
Xarici işlər naziri Elizabet Trass parlamentdə Rusiyanın demokratik qonşularını alt-üst etmək üçün apardığı kampaniyanı qəbul etməyəcəklərini deyib: “Onlar aqressiv mövqelərinə haqq qazandırmaq üçün yalandan Ukraynanı təhdid kimi təqdim ediblər. Rusiya burada təcavüzkardır. NATO həmişə müdafiə ittifaqı olub”.
O qeyd edib ki, Rusiyanın Ukraynaya növbəti hərbi müdaxiləsi olarsa, Rusiyanın maraqlarına və iqtisadiyyatına ciddi ziyan vurmaq üçün razılaşdırılmış sanksiyalar tətbiq ediləcək. Nazir vurğulayıb ki, Britaniya öz tərəfdaşları ilə bu sanksiya tədbirləri üzərində işləyir.