“Düz bir il əvvəl bu gün bu müqəddəs yerdə demokratiyaya hücum edildi. Bizim konstitusiyamız ən böyük təhdidlə üzləşdi”.
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden sabiq dövlət başçısı Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumunun ildönümü ilə bağlı çıxışında deyib.
O vurğulayıb ki, hüquq mühafizə orqanları qanunun gücünü xilas etdi: “Bizim tariximizdə ilk dəfə olaraq prezident təkcə seçkidə uduzmadı, o, hakimiyyətin dinc yolla keçidinə mane olmağa çalışdı və zorakı kütlə Kapitoliyə hücum etdi. Lakin onlar uğursuzluğa düçar oldular. Bu heç vaxt təkrarlanmamalıdır”.