Qazaxıstanın güc strukturları Almatı şəhərində yerləşən keçmiş prezident iqamətgahını azad edib.
"Unikal" xəbər verir ki, bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.
Məlumatda bildirilir ki, şəhərdəki bütün dövlət orqanlarının binaları polisin nəzarəti altındadır. Hüquq-mühafizə orqanları prezident sarayı ilə yanaşı Respublika meydanı və şəhər meriyasının da binalarını etirazçılardan təmizləyiblər.