Çexiyada koronavirusun B.1.640 ştamı ilə ilk yoluxma halı qeydə alınıb.
Bu barədə "Unikal" TASS-a istinadən xəbər verir.
Epidemioloqlar Kralove bölgəsinin sakininin ilk dəfə ötən ilin sentyabrında Konqoda aşkar edilmiş yeni ştama necə yoluxduğunu müəyyənləşdirirlər.
Fransanın səhiyyə orqanları noyabr ayından bəri B.1.640 ştammını araşdırır. Onlar qeyd ediblər ki, bu ştam hələ də koronavirusun təhqiqat variantı kimi təsnif edilir.
Yanvarın 3-də Avstriya və İsveçrə KİV-lərində Fransanın Marsel şəhərində 12 nəfərin yeni növ koronavirusa yoluxması barədə məlumat yayılıb.