Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş Almatıda yaxalanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bir neçə saat əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, yanvarın 5-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Samat Abişi ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini vəzifəsindən azad edib. O, 2015-ci ildən sözügedən postda idi.