Başqasının qanı bahasına öz xalqının təhlükəsizliyini qorumaq mümkün deyil.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şahmat üzrə dünya çempionu Qari Kasparov yazıb.
Kasparov qeyd edib ki, Qazaxıstanda hadisələr faciəvi şəkildə inkişaf edir. Etirazçılar arasında yüzlərlə qurbanın olduğu bildirilir. KTMT sülhməramlılarının Qazaxıstana göndərilməsi ilə bağlı qərara toxunan Kasparov deyib ki, KTMT qüvvələri tərəfindən ölkənin faktiki işğalı dünən başlayıb və bu, əslində Qazaxıstanın suverenliyinin bir hissəsinin Kremlə verilməsi deməkdir.
Bunun fonunda Kasparov Nikol Paşinyanın KTMT-nin hərbi hissəsini Qazaxıstana göndərmək qərarını xatırladıb və onu “Qazaxıstandakı qətllərin iştirakçısı” adlandırıb:
"Bunun fonunda Rusiya diktatorunun Qazaxıstanı işğal etmək planının həyata keçirilməsində fəal iştirak edən, bununla da bugünkü kütləvi qətllərin iştirakçısına çevrilən Ermənistanın Baş naziri Nikol Paşinyanın davranışı biabırçıdır".
Ağarza Elçinoğlu