Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali "Facebook" səhifəsində bildirib.
"Ölkənin bir sıra regionlarında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2022-ci il yanvarın 10-nu milli matəm günü elan etmək barədə qərar verib", deyə paylaşımda qeyd olunub.