Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidməti yerləri dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilib.
"Ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə DGK-da kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb. Xidmət yerlərinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib. Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır", - deyə məlumatda qeyd olunub.