İsveçdə koronavirus infeksiyasına rekord sayda sutkalıq yoluxma qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İsveçin İctimai Səhiyyə Agentliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində krallıqda 23 877 koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.
Virus son sutkada 8 nəfərin həyatına son qoyub və bununla ümumilikdə İsveçdə pandemiyanın qurbanlarının sayı 15 377 nəfərə çatıb.