Birləşmiş Ştatlar Avropadakı qoşunlarının sayını azaltmağı düşünmür
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi Vaşinqtonun Moskva ilə danışıqlar ərəfəsində belə bir variantın nəzərdən keçirməsi ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən bildirib.
Yanvarın 10-da Cenevrədə strateji sabitliyə dair danışıqlar aparılacaq.
“Birmənalı şəkildə deyə bilərəm ki, biz Avropada qoşunların sayının azaldılması və ya mövqeyin dəyişdirilməsi məsələsini nəzərdən keçirmirik. Həmçinin, Baltikyanı ölkələr və Polşadakı qoşunların sayının dəyişməsi məsələsi də müzakirə edilmir”, - Pentaqonun nümayəndəsi bildirib.