Hazırda bütün Qazaxıstanda iğtişaşlarda iştirak etmiş 5135 nəfər saxlanılıb.
"Unikal" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər naziri vəzifələrini icra edən Yerlan Turqumbayev soyləyib.
Daxili işlər naziri v.i.e. Turqumbayev ölkədə baş verən iğtişaşların təfərrüatlarını açıqlayıb. Almatıdakı vəziyyətdən danışan Turqumbayev bildirib ki, toplaşanlar heç bir tələb irəli sürməyib və danışıqlara getməyib.
"Dövlət məmurlarına qarşı zor tətbiq etmə, xuliqanlıq, adam öldürmə, o cümlədən quldurluq və oğurluq faktları üzrə 125 ibtidai istintaq başlanılıb. 5 mindən çox adam nəzarətə saxlanılıb", - deyə nazirlikdən bildirilib.