Nur-Sultan polisi hər məhəllə və mənzildə yoxlama aparır.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan paytaxtının komendantı Yerjan Sadenov bildirib.
Onun sözlərinə görə, şəhər tam operativ nəzarət altındadır, nəzarət-buraxılış məntəqələri fəaliyyətini davam etdirir:
Y.Sadenov qeyd edib ki, ictimai asayişi pozan şəxslərin müəyyən edilməsi məqsədilə əməliyyat-profilaktiki tədbir keçirilir:
"Eyni zamanda hər məhəllə və mənzildə yoxlama aparılır. Sakinlərdən anlayışla yanaşmalarını və köməklik göstərmələrini xahiş edirəm. Şübhəli şəxslərlə bağlı faktlar bilirsinizsə, məlumat verin".