Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər insan həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bəri Alma-Ata şəhərində 103 nəfər ölüb. Qızılorda vilayətində - 21 nəfər, Jambil vilayətində - 10 nəfər, Alma-Ata bölgəsində isə səkkiz nəfər ölüb.