Türkiyə ərazisində hökm sürən əlverişsiz və yağıntılı hava şəraiti bir sıra bölgələrdə fəsadlar törədib.
"Unikal" xəbər verir ki, ölkənin Muğla vilayətində yağan leysan yağışları ərazidə su daşqınları yaradıb. Çox sayda ev və iş yeri, eləcə də əkin ərazilərini su basıb.
Muğlanın turistik bölgələri olan Marmaris və Bodrum rayonlarında da analoji hal müşahidə edilib. Bölgədə təsirli olan dolu yağışı səbəbindən çox sayda avtomobil və qayığa ciddi ziyan dəyib. Bəzi iş yerlərinin dam örtükləri yararsız hala düşüb.
Baş verən torpaq sürüşməsi səbəbindən bir sıra magistral yollarda hərəkət məhdudiyyətləri yaranıb.
Çaylardan axan palçıqlı su səbəbindən Egey dənizinin rəngi qəhvəyi olub.