İranda ötən sutka ərzində 31 nəfər koronavirusdan (COVID-19) ölüb.
"Unikal" xəbər verir ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatına görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 131 878 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 1 480 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 206 405 nəfərə çatıb.