Kiprin Xarici İşlər Naziri Nikos Kristodoulidis istefa verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, XİN rəhbəri nazirliyə dəvət etdiyi jurnalistlər qarşısında çıxış edərək, istefa verdiyini açıqlayıb.
“Xarici işlər naziri vəzifəsindən istefa vermək barədə qərarımı bildirmək üçün sizi Xarici İşlər Nazirliyinə dəvət etmişəm. Bir neçə gün əvvəl Kipr prezidentinə istefa ərizəmi təqdim etdim, o, cümə günü səhər qəbul etdi. İstefa ərizəm 11 yanvar 2022-ci il çərşənbə axşamı günü qüvvəyə minəcək”, - Kristodoulidis bildirib.
O, prezident Nikos Anastasiadisə ona etimad göstərdiyinə görə təşəkkür edib və istefasının 2023-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı olduğunu bildirib.
Ağarza Elçinoğlu