Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Unikal"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini Elməddin Bayramzadə saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin (patı) və heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirlir.