Ermənistanda son sutka ərzində daha 126 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, yoluxanların ümumi sayı 345 981 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 4 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 004-ə yüksəlib. Aktiv xəstələrin sayı 3 480 nəfər təşkil edir.

Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1512 nəfərə çatıb.