"Associated Press"in hesabatına görə, prezident Co Bayden ilk ilində ən son beş sələfindən daha az mətbuat konfransı keçirib və müsahibələr verib. O, həm də prezidentin 100 illik susqunluq rekordunun sahibi olub.
"Unikal" agentliyə istinadən xəbər verir ki, vəzifəsinin ilk iki ayında Co, 50-yə yaxın order imzalayıb, 1.9 trilyon dollarlıq koronavirus yardım qanun layihəsini təsdiqləyib.
Lakin Bayden bütün bunları mətbuata danışmadan edib.
"Associated Press"in hesabatında Baydenin bu günə qədər cəmi 9 mətbuat konfransı keçirdiyi və mediaya 22 müsahibə verdiyi ortaya çıxıb. Bunun əksinə olaraq, keçmiş prezident Trump səlahiyyət müddətində 22 mətbuat konfransı keçirib. Tramp birinci ilində 92 müsahibə verib.
Donald Trump, Barak Obama, Corc Buş, Bill Klinton və digərləri ilk illərdə Baydendən daha çox media ilə görüşüblər.
Gülayə Mecid