Qazaxıstan prezidenti Kasım-Comert Tokayev ölkəsindəki hadisələrin adı açıqlanmayan vahid mərkəzdən koordinasiya edildiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı deyib.
Ölkəsinin hərbi çevriliş cəhdindən sağ çıxdığını bildirən Qazaxıstan prezidentinin çıxışı xüsusi diqqət çəkib:
"Almatı hədəfə alındı, Qazaxıstanın cənubu, daha sonra paytaxt Nur-Sultan ələ keçirilməyə çalışıldı. Almatı və 9 rayonun mərkəzi quldurlar tərəfindən tutuldu, amma biz Qazaxıstanı terrorçulardan qoruya bildik".
Gülayə Mecid