Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə konstitusiya sərəncamının bərpasını elan edib.
"Unikal" xəbər verir ki, o, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında çıxışı zamanı deyib.
“Qazaxıstandakı iğtişaşlar dövlət çevrilişinə cəhd idi. Hiss olunur ki, iğtişaşlara hazırlıq çox vaxt aparıb", - deyə o, ifadə edib.
Qazaxıstan lideri bildirib ki, yanvarın 11-də o, yeni hökuməti təklif edəcək.
"Qazaxıstan yanvar ayında bir neçə gün ərzində genişmiqyaslı böhran yaşadı və bu, 30 illik müstəqillik tarixində ən pis günlər idi. Amma tezliklə yeni hökumət bərqərar olacaq".
Gülayə Mecid