"Hökumətin aktiv fəaliyyəti nəticəsində gürcülərin bir hissəsi artıq ölkəyə qayıdıb".
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin bugünkü iclasında Qazaxıstandakı Gürcüstan vətəndaşlarından bəhs edərkən deyib.
"Qazaxıstandakı Gürcüstan vətəndaşlarına gəlincə, Gürcüstanın diplomatik missiyası onlarla daimi onlayn əlaqə saxlayır, yerindəcə müvafiq köməklik göstərir. Səfirlik hələ də Qazaxıstanda olan Gürcüstan vətəndaşları ilə fəal əlaqə saxlamağa və lazım gəldikdə köməklik göstərməyə davam edir. Digərləri də yaxın günlərdə Gürcüstana qayıdacaqlar".
Qaribaşvili yaxın günlərdə Qazaxıstanda gərginliyin azaldılması üçün bütün tədbirlərin görüləcəyinə ümid edib.
Ağarza Elçinoğlu