Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında özbaşınalıq halları və narazılıqlar baş alıb gedir.
"Unikal" erməni sosial şəbəkələrinə istinadən xəbər verir ki, fürsət düşdükcə “könüllülər” ailələrini də götürüb Ermənistana köçürlər. Ağdərə ərazisindəki mənbələrdən verilən məlumata görə, yanvarın 9-da saat 12.00 radələrində həmin istiqamətdə fəaliyyət göstərən qanunsuz silahlı dəstənin 30-dan çox üzvü kütləvi şəkildə fərarilik edib.
Bildirilib ki, dəstə üzvlərinin evlərinə buraxılmamasından hiddətlənən 30-dan çox Qarabağ sakini olan erməni əsilli silahlı dəstəni tərk edərək evlərinə gedib.
Qeyd olunub ki, əvvəlcədən sözləşən qanunsuz dəstənin üzvləri yerləşdikləri əraziyə bir neçə taksi və maşını olan qohumlarını çağırıblar.
İnsidentlə bağlı dəstənin “komandiri Abel və müavinləri” dindirilmək üçün prokurorluğa çağırılıb.
Anar Kəlbiyev