Ermənistanın müdafiə naziri Suren Papikyanla Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı, əsasən, Qazaxıstan Respublikasındakı vəziyyət müzakirə olunub.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının, Müdafiə Nazirləri Şurasının qərarlarının icrası ilə bağlı məsələlər, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələrinin fəaliyyəti, görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Ağarza Elçinoğlu