Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau və Qazaxıstanın xarici işlər naziri səlahiyyətlərini icra edən Muxtar Tleuberdi arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Rau özünün "Twitter" hesabında bildirib.
O, Tleuberdi ilə Qazaxıstanda baş verən hadisələri müzakirə edib.
“Muxtar Tleuberdi ilə telefon danışığımın mövzusu Qazaxıstandakı vəziyyət idi. ATƏT sədri kimi mən ATƏT-in öhdəliklərinin, o cümlədən insan haqları ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin vacibliyini vurğuladım”, - Polşa XİN rəhbəri qeyd edib.