Avropa Parlamentinin Prezidenti David Sassoli xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Sassolinin mətbuat katibi Roberto Cuilloya istinadən məlumat yayıb.
Avropa Parlamentinin Prezidenti dekabrın 26-dan xəstəxanaya yerləşdirilib və onun bütün işləri təxirə salınıb.
Bundan əvvəl Sassoli ötən ilin sentyabrında ağır pnevmoniya xəstəliyinə tutulub və xəstəxanaya yerləşdirilməli olub.