Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı baş tutub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov çinli həmkarı ilə Qazaxıstanda baş verənləri dəyərləndirib
Lavrov və Vanq Qazaxıstan administrasiyasının ölkədə konstitusiya quruluşunu bərpa etmək səylərinə güclü dəstək veriblər.
Görüşdə Qazaxıstanda baş verən hadisələrdə xarici güclərin təsirindən narahatlıq ifadə olunub və Qazaxıstan prezidenti Kasım Cömert Tokayevin təhdidlərə qarşı vaxtında və mütənasib addımlar atdığı qeyd edilib.
Görüşdə Lavrov Rusiyanın ABŞ ilə Cenevrədə başlayan və NATO ilə də baş tutacaq təhlükəsizlik danışıqları barədə Vanqı məlumatlandırıb.