"Ermənistan MTN-nin İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə ibtidai istintaq zamanı müəyyən edilib ki, Ermənistan Silahlı Qüvvələrinin yüksək rütbəli vəzifəli şəxsləri öz qulluq mövqelərindən sui-istifadə edib".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Qor Abramyan məlumat yayıb.
Onun sözlərinə görə, “Moston Engineering” şirkətinin sahibinin əvvəlcədən razılığı ilə “Baqavan” QSC-yə ER Müdafiə Nazirliyi qarşısında öhdəliyin ödənilməsi məqsədilə 2018-ci ildə Ermənistan Müdafiə Nazirliyində saxlanılan 4232 saxlama müddəti ötmüş döyüş sursatı texniki tələblərə uyğun gəlmədiyi üçün qəbul edilib.
“Məlum olub ki, adıçəkilən şəxslər silah-sursat alqı-satqı müqaviləsinin bağlanmasında mövcud maneələrin aradan qaldırılması və hərəkətlərinə hüquqi müstəvidə baxılması məqsədilə nazirlikdə faktiki saxlanılan məhsulun texniki təsvirini uyğunlaşdırıblar. Eyni zamanda, sözügedən döyüş sursatları eyni partiyadan əvvəlki sursat alışından təxminən iki dəfə baha qiymətə alınıb, böyük məbləğdə, 2.277.323.840 AMD ekvivalentində, 4.655.200 ABŞ dollarına bərabərdir. İttihama görə adı çəkilən cinayət işi: Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan, Baş Qərargah rəisi Artak Davtyan, Stepan Qalstyan və digər şəxslər ittiham aktı ilə 7 yanvar 2022-ci il mahiyyəti üzrə ekspertiza üçün təsdiqlənib, onların işi , İrəvan şəhərinin Birinci İnstansiya Məhkəməsinə göndərilib”, - deyə Abrahamyan bildirib.
Gülayə Mecid