Ötən il yerli icra və probasiya qurumlarının icraatına 6123 icra sənədi daxil olub, bunlardan 2517 iştam icra olunub, 3044 işicraya yönəldilib, 254 iş geri qaytarılıb, 308 iş ərazi aidiyyəti üzrə göndərilib. 

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məlumatında qeyd olunub. Bildirilib ki, 354 nəfər borclu barəsində axtarış qərarı verilib.

Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə 382 ekspertiza işinin tədqiqatı aparılıb, ümumilikdə, 334 rəy, 23 ekspert arayışı tətbiq edilərək aidiyyəti üzrə göndərilib, 1 iş üzrə vəsatət verildiyindən icrası müvəqqəti dayandırılıb, 20 iş icra olunmadan geri qaytarılıb, 4 ekspertiza işinin icraatı hazırda davam etdirilir.

Anar Kəlbiyev