Lerik sakini bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal"ın məlumatına görə, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Kənddə turistlərə bələdçilik edən tur rəhbəri, Lerik rayonunun Günəşli kənd sakini, 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb və baş nahiyəsindən ağır xəsarət alıb.

Ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunub. R Zamanov təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısı Azad Rzayevin verdiyi açıqlamaya görə, R.Zamanov epilepsiya tutub və yıxılaraq baş nahiyəsindən xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev