Gəncədə zəncirvari qəza olub, xəsarət alanlar var.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar 1974-cü il təvəllüdlü M.Zeynalova və 1994-cü il təvəllüdlü X.Zeynalovadır. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.
Əraziyə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov