“İnter Mayami”nin futbolçusu Lionel Messinin cangüdəni Yassin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.
"Unikal" xəbər verir ki, bu haqda “TyC Sports” məlumat yayıb.
ABŞ təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan “İnter Mayami” və “Atlas” matçının sonunda futbolçular arasında dava düşüb.
Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib.
Bununla da onun turnirin sonuna qədər arenada olmasına qadağa qoyulub. “İnter Mayami” oyundan sonra buna görə cərimələnib.