"Rusiyanın son illərdə artan hərəkətləri bütün Avropa, xüsusilə də İsveç üçün təhlükəyə çevrilib".
"Unikal" xəbər verir ki, bu sözləri İsveç müdafiə naziri Peter Hultqvist deyib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) prinsiplərinə görə bütün ölkələrin öz suveren hüquqları olduğunu xatırladan Hulqvist, Rusiyanın beynəlxalq hüquqa meydan oxuyaraq hələ də bəzi ölkələrin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.
"Biz NATO ilə əməkdaşlıq etməliyik, Avropa İttifaqı (Aİ) İsveç üçün mühüm və təhlükəsiz siyasi platformadır".
Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin 21 dekabr 2021-ci il tarixli açıqlamasında Finlandiya və İsveçin NATO-ya üzv olmasını istəmədiyi barədə ABŞ-a xəbərdarlıq edib.
İsveçin Baş naziri Magdalena Andersson, "İsveçdə xarici və təhlükəsizlik siyasətimizi biz müəyyən edirik, kənardan heç kim müdaxilə edə bilməz" , - deyə Putinə reaksiya verib.
Gülayə Mecid