Almaniyada 2021-ci ildə rekord ölüm qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə "Destatis" Federal Statistika İdarəsi məlumat yayıb.
2021-ci ildə 1 016 899 nəfərin dünyasını dəyişdiyi ölkədə 1946-cı ildən indiyədək ən yüksək ölüm göstəricisi qeydə alınıb.
Əgər 1946-cı ildə ölüm çətin həyat səviyyəsi ilə bağlı idisə, hazırda səbəblər əhalinin qocalması və koronavirus pandemiyasının nəticələridir.
Pandemiyanın ölənlərin sayını 3% artırdığı bildirilir. "Worldometers"in məlumatına görə, Almaniyada pandemiyanın başlanğıcından 114 887 nəfər dünyasını dəyişib.