Əfqanıstanın şərqində "Təhrik-i-Taliban Pakistan" silahlı qruplaşmasının (TTP) yüksək səviyyəli lideri öldürülüb.

"Unikal" "Aljazeera" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan təhlükəsizlik qüvvələrinin rəsmiləri məlumat yayıb. 

Bildirilib ki, adıçəkilən qruplaşmanın sözçüsü vəzifəsində çalışdığı zaman Məhəmməd Xorasani adı ilə də tanınan Xalid Balti Nanqarhar əyalətində öldürülüb.

"Öldürülən şəxsin Xalid Balti olduğu aydındır", - rəsmi mənbələr bildirib. 

Qətlin hansı şəraitdə baş verdiyi araşdırılır.

Ağarza Elçinoğlu