Azərbaycanda banklar dolların alış qiymətini qaldırıb.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib.
O qeyd edib ki, alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir. Lakin, iqtisadçının sözlərinə görə, bankların bu addımı FED ilə əlaqə deyil:
“İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instinkti yaranır. Amma indi ilin əvvəlidir. Maraqlısı budur ki, satış bahalaşmayıb”.