Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 422 min 028 nəfərin test edildiyi, 77 min 722 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 42 min 573 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.