"Rusiyanın tezliklə Ukraynaya mhücumu mümkündür. Buna görə də ABŞ Rusiya ilə müharibəyə hazır olmalıdır".
"Unikal" xəbər verir ki, bunu Pentaqonun müdafiə nazirinin köməkçisi Evelin Farkas "Defense One" adlı jurnala müsahibəsində deyib.
Onun sözlərinə görə, bu həftə Moskva və Vaşinqton arasında aparılan diplomatik danışıqlar uğursuz ola bilər və Birləşmiş Ştatlar artıq Rusiya ilə müharibəyə hazırlaşmalıdır .
Farkasın fikrincə, Rusiya beynəlxalq hüquqa əməl etmir və keçmiş Sovet respublikası Qazaxıstanda son günlər baş verən kütləvi etirazlar onu ruhlandırır.
Farkas iddia edib ki, bütün bunlar Putinin Ukraynanı işğal etməyi planlaşdırdığı ehtimalını heç vaxt olmadığı qədər artırıb.
Gülayə Mecid