Hollandiyada həbsxanadan qaçan gənc Belçika sərhədində polislə atışmada ölüb.
"Unikal" xəbər verir ki, Breda şəhərində həbsxanadan qaçan məhbus iki göztəçini girov götürərək sərhədi keçib.
Lakin gənc məhbus Sint-Lenaarts kəndində Belçika polisinə yaxalanıb. Belə ki, onlar arasında atışma başlayıb. Polis gənci güllələyib. Oğlan aldığı güllə yarasından yerindəcə keçinib.
Öldürülən şəxsin yaşı açıqlanmayıb, lakin "Den Hey-Acker" həbsxanasında saxlanılanların 14-21 yaş arasında olduğu məlum olub.
Breda Bələdiyyə Başçısı Sven Deckers, hadisənin faciəvi hadisə olduğunu bildirib. O, hücumda həyatını itirən gəncin yaxınlarına başsağlığı verib.